Bu barədə kitabxanadan məlumat verilib.
Bildirilib ki, material kitabxananın rəsmi saytında yerləşdirilib. Materialda bir sıra rəsmi sənədlərin, ana dilimizin keçdiyi zəngin tarixi yoldan, onun inkişaf mərhələlərindən və bu sahədə aparılan islahatlardan bəhs edən akademik Möhsün Nağısoylunun müəllifi olduğu “Prezidentin Azərbaycan dilinə yüksək diqqət və qayğısını ana dilimizin saflığını qorumaqla cavablandırmalıyıq” adlı məqalənin tam mətni təqdim edilir. İcmalda Azərbaycan dilinin inkişafında mühüm rol oynamış görkəmli alimlərin əsərləri, həmçinin dilçilik sahəsində aparılan elmi araşdırmalar da yer alır. Kitabxana əməkdaşları tərəfindən hazırlanan biblioqrafik icmalda “Heydər Əliyev və Azərbaycan dilinin inkişaf konsepsiyası”, “Ana dili - milli varlığın təməli”, “Azərbaycan tapmacalarının linqvistik xüsusiyyətləri”, “Müasir Azərbaycan dilinin normativ punktuasiyası”, “Azərbaycan dilçiliyi problemləri” kimi 20-dən çox kitabın qısa annotasiyası, biblioqrafik təsviri və bu mövzuda son beş ili əhatə edən dövrü mətbuatda dərc edilən məqalələrin siyahısı sərgilənir. Vəsaitdə yer alan kitablar illər üzrə, daxildə isə əlifba ardıcıllığı ilə verilib. (AZƏRTAC)