03.08.2025, 07:43
AZ EN
22.07.2025, 08:45 266

“Vətən səsi”nin əməkdaşı Mətbuat günü münasibətilə təltif edilib

XƏBƏRLƏR
  • Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə Milli Mətbuatın 150 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə teatr sənəti sahəsində xidmətləri olan media işçiləri və Teatr Xadimləri İttifaqının nümayəndələri iştirak ediblər.

Giriş sözü ilə tədbiri açan İttifaqın sədri, Xalq artisti, Dövlət mükafatı laureatı Hacı İsmayılov Milli Mətbuat Günü münasibəti ilə iştirakçıları təbrik edib, Azərbaycan mətbuatının keçdiyi zəngin və şərəfli inkişaf yolundan söhbət açıb. Sonra teatr sahəsində uğurlu fəaliyyət göstərən media nümayəndələri «İttifaqın dostu» diplomu, Fəxri fərman və «Teatr fədaisi» medalı ilə təltif olunublar.

Təltif olunanlar arasında “Vətən səsi”nin əməkdaşı, yazıçı Mina Rəşid də var. O «İttifaqın dostu» diplomuna layiq görülüb.

Mükafatlandırılanlar göstərilən diqqətə görə Teatr Xadimləri İttifaqına minnətdarlıqlarını bildiriblər. Sonda xatirə şəkilləri çəkilib.

Günel QULİYEVA

Oxşar xəbərlər