17.06.2025, 11:41
AZ EN
29.01.2024, 08:00 321

Beynəlxalq sərgidə Şuşa haqqında iştirakçılara məlumat verilir

XƏBƏRLƏR
  • 24 yanvar – 6 fevral tarixlərində Misir Ərəb Respublikasının Qahirə şəhərində 55-ci Beynəlxalq Kitab Sərgisi keçirilir.

“Bilik yaradırıq, sözü qoruyuruq!” şüarı altında keçirilən sərgiyə 70 ölkədən 1200-dən artıq nəşriyyat qatılıb. Builki sərginin fəxri qonaq ölkəsi Norveçdir. 

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı və Misir Ərəb Respublikasındakı səfirliyimizin dəstəyi ilə ölkəmiz sərgidə təmsil olunur.

Mədəniyyət Nazirliyinin əməkdaşları və şair, yazıçı Aqşin Yeniseyin yer aldığı nümayəndə heyəti sərginin açılış günündə gerçəkləşən bir sıra tədbirlərə qatılıblar. Azərbaycan stendində ölkəmizin tarixi, mədəniyyəti, ədəbiyyatı və müasir inkişafı ilə bağlı nəşrlər nümayiş olunur. Stendimizdə ölkəmiz, o cümlədən bu il ICESCO tərəfindən 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilmiş Şuşa şəhəri haqqında sərgi iştirakçılarına geniş məlumat verilir.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər