Azərbaycan Yazıçılar Birliyində keçirilən tədbirdə AMEA-nın rəhbərliyi, AYB-nin əməkdaşları, elm və mədəniyyət nümayəndələri, media mənsubları, müəllifin tələbə yoldaşları və başqaları iştirak ediblər.
Əsəd Cahangirin moderatorluğu ilə baş tutan tədbirdə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli giriş nitqi söyləyib. Kitabın məziyyətlərini və müəllifin peşəkarlığını yüksək qiymətləndirən akademik İsa Həbibbəyli monoqrafiyanın ədəbiyyatşünaslıq elminə mühüm töhfə olduğunu vurğulayıb. Tədbirdə akademik Nizami Cəfərov, professorlar Nadir Məmmədli, Vüqar Əhməd, Asif Rüstəmli, Yaqub Babayev, Gülər Abdullabəyli, Almaz Ülvi çıxışlarında nəşrin əhəmiyyətindən bəhs ediblər. Şair və yazıçılardan Səlim Babullaoğlu, Hüseynbala Mirələmov, Adil Cəmil, Yusif Nəğməkar, Güləmail Murad, Mənzər Niyarlı, Nazilə Gültac, Kəmalə Abıyeva, Nüşabə Məmmədli, Xalidə Nuray müəllifin bu kitabını Azərbaycan ədəbiyyatına növbəti xidmət kimi xarakterizə ediblər.
Tədbir iştirakçılarından Əməkdar artist Elza Seyidcahan, kitabın rəyçisi Müşfiq Çobanov, Məlahət Babayeva, Hüsniyyə Çobanova, Fərqanə Zülfüqarova altı fəsildən ibarət olan kitabın xarakterik cəhətlərindən söz açıblar.
Tədbirin sonunda müəllif Salidə Şərifova tədbirin təşkilatçılarına minnətdarlığını bildirib.
Hazırladı: Mina RƏŞİD