29.03.2024, 13:51
AZ EN
14.06.2022, 14:00 239

Yunus Oğuzun “Cığır” romanı çap edilib

XƏBƏRLƏR
  • Bu günlərdə yazıçı-publisist Yunus Oğuzun “Cığır" adlı tarixi romanı çap edilib. Qeyd edək ki, əsər Şuşa şəhərinin inşa edilməsinin 270 illiyinə və 44 günlük Vətən müharibəsinə həsr edilib.

Roman Pənahəli xanın Şuşanı inşa etdirməsindən başlayaraq 8 noyabr 2020-ci il - Şuşanın işğaldan azad edilməsinədək olan dövrü əhatə edir.

Tarixi əsər obraz çoxluğu və zənginliyi ilə seçilir. Belə ki, Pənahəli xandan başlayan əsərin qəhrəmanları Ali Baş Komandan İlham Əliyev başda olmaqla   məmurlar, sadə insanlar, əsgərlər, generallar, bir  sözlə,  xalq  bu  romanda  öz əksini tapıb.

Düşmən obrazları da yaddan çıxmayıb. Belə ki, L.Ter-Petrosyan, N.Paşinyan, D.Tonoyan və başqalarına da romanda yer ayrılıb. Romanın əsas qayəsi "Cığır"dan başlayan Şuşanın "Zəfər yolu"na qədər uzun məsafə qət etməsidir.

Mina RƏŞİD

 

Oxşar xəbərlər