21.06.2025, 18:41
AZ EN
21.06.2025, 11:53 254

Bu gün Ümumdünya Musiqi Günüdür

XƏBƏRLƏR
  • Musiqi terapiyası barədə olduqca geniş məlumatlar var, muğamla, klassik musiqi ilə insanların müalicə edilməsi faktları çoxdur. Qədim dövrlərdən bəri xəstəliklərin müalicəsində də istifadə edilən musiqi, tibbin bir çox sahəsində olduğu kimi, xüsusilə insan psixologiyası üzərində böyük təsirə malikdir. Musiqi ilə müalicə, digər metodların uğursuz olduğu zaman müsbət nəticələr verə bilir. Xüsusilə də yaddaş pozğunluqlarının bərpa edilməsində musiqi terapiyası əvəzsizdir. Özünə qapanmış, aqressiv və cəmiyyətdən qaçan birini psixoloqlar musiqi dinləməklə müalicə edir və cəmiyyətə yenidən normal baxış və davranışlarını ona qaytarırlar...

Musiqinin insan təbiətinə, onun sağlamlığına təsirindən çox danışmaq olar. Yəqin ki, bütün bu faktlar Ümumdünya Musiqi Gününun təsis edilməsinə gətirib çıxarıb.

Qeyd edək ki, hər il 21 iyunda qeyd olunan və musiqi festivalı şəklində xatırlanan bu əlamətdar günün yaradılması fikrini fransız musiqi və rəqs rejissoru Maurice Fleuret irəli sürüb və1981-ci ildə ildə isə mədəniyyət naziri Jack Lanqronun təklifi ilə Fransada açılıb. Daha sonralar isə genişlənərək Avstraliya, Belçika, İngiltərə, Lüksemburq, Almaniya, İsveçrə, Kosta-Rika, İsrail, Çin, Hindistan, Livan, Malayziya, Mərakeş, Pakistan, Filippin, Rumıniya, Kolumbiya və bir çox digər ölkələr tərəfindən də qeyd olunub.

Ümumdünya Musiqi Günü təşkili ilə iki mövzunu inkişaf etdirmək məqsədi hədəf götürülüb: Həvəskar və professional musiqiçilərin küçə yaradıcılıqlarını nizamlamaqla onları cəsarətləndirmək və pulsuz konsertlər təşkil etmək, hər kəs üçün, hər yerdə musiqi anlayışını inkişaf etdirmək. Türkiyədə də ilk dəfə 2005-ci ildə 21 İyun Dünya Musiqi Günü münasibəti ilə Qu-quşları Parkları kimi xalqa açıq yerlərdə, müxtəlif sənətçi və birliklər tərəfindən pulsuz konsertlər təşkil edilib. Günə xüsusi şüar “Musiqi dinlə!” və “Küçədəki nota qulaq verin” şəklində mənimsənmişdir.

Bu gün Azərbaycan musiqisi də, xüsusilə muğam və xalq mahnılarımız da dünya musiqisi xəzinəsinə dəyərli incilər bəxş etməkdədir. Ölkəmizdə musiqinin inkişafı üçün xüsusi diqqət və qayğı göstərilməkdədir. Çünki musiqi dünya dilidir, insanlar bu dillə rahatca anlaşa bilirlər.

Bu gün musiqimizin, xüsusilə, muğamlarımızın səsi Qarabağdan bütün dünyaya səs salır.

 Mina RƏŞİD

Oxşar xəbərlər