Bu sözləri jurnalistlərə açıqlamasında mədəniyyət nazirinin müavini Fərid Cəfərov deyib.
“Sabah keçiriləcək proqram rəngarəngdir. Belə ki, Həkəri çayının sahilində MDB ölkələrinin kulinariyasını nümayiş etdirən xüsusi kulinariya festivalı da keçiriləcək. Bununla yanaşı, Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşəbbüsü olan Uşaq İncəsənət Festivalının da xüsusi ərazisi burada yaradılacaq”, - deyə F.Cəfərov qeyd edib. (AZƏRTAC)