Mədəniyyət Nazirliyinin Mətbut xidmətindən verilən məlumata görə, Türkiyənin paytaxtı Ankarada böyük musiqi xadiminin yubileyi münasibətilə “Çanaqqaladan Qarabağa: Zəfər dastanı” adlı konsert keçirilib.
Azərbaycan və Türkiyə opera sənətçilərinin iştirakı ilə gerçəkləşən gecə Türkiyədəki səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi və Türkiyə Mədəniyyət və Turizm Nazirliyi Opera və Balet Baş İdarəsinin birgə təşkilatçılığı ilə baş tutub.
Əvvəlcə iki ölkənin dövlət himnləri ifa olunub.
Azərbaycanın mədəniyyət nazirinin müavini Səadət Yusifova və Türkiyə Mədəniyyət və Turizm Nazirliyi Opera və Balet Baş İdarəsinin müdir müavini Volkan Akkoç açılış nitqi söyləyiblər.
Sonra Xalq artistləri Azərin və Azər Zeynalovun, eləcə də qardaş ölkədən Kamil Kaplan, Çinar Onur, Güner Erkan və başqa tanınmış opera sənətçilərinin ifasında bir-birindən maraqlı muqisi nömrələri təqdim olunub.
Konsert tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. (Report)