21.07.2025, 07:35
AZ EN
02.06.2025, 11:49 236

Niderlandda Azərbaycan xalçalarının möhtəşəmliyi

XƏBƏRLƏR
  • Haaqa şəhərinin ən görkəmli məkanlarından hesab olunan Haaqa şəhər bələdiyyəsinin binasındakı “Atrium City Hall” zalında "Azərxalça" Açıq Səhimdar Cəmiyyətinin yeni "Azərbaycan xalçalarının möhtəşəmliyi sənəd vasitəsilə öyrənmək" adlı xalça sərgisinin açılış mərasimi keçirilib.

Azərbaycan Respublikasının Niderland krallığındakı səfirliyi və "Azərxalça" Açıq Səhmdar Cəmiyyətinin birgə təşkilatçılığı ilə keçirilən sərginin açılış mərasimində Haaqa şəhərinin rəhbərliyi, Liderlandın müxtəlif dövlət qurumları ölkədə akkreditə olunmuş diplomatik korpusun və beynəlxalq təşkilatların, mədəniyyət, incəsənət, elmi akademik dairələrin nümayəndələri, Azərbaycan icmasının üzvləri iştirak edib.

"Azərxalça" Açıq Səhmdar Cəmiyyətinin idarə heyətinin sədri əməkdar incəsənət xadimi Emin Məmmədov tədbirdə çıxış edərək iki ölkə arasındakı mədəni mübadilədə baş tutan tədbirin vacibliyini qeyd edib. "Azərxalça" Açıq Səhmdar Cəmiyyətinin tarixindən söz açan sədr bildirib ki, qurumun tarixi boyunca ən böyük məqsədi Azərbaycan xalçaçılıq sənətinin inkişafı, təbliğat və təşviqatı olub. Çıxışın sonunda Emin Məmmədov sərgidən Haaqa şəhər bələdiyyəsinə xatirə olaraq, şəhər bələdiyyəsinin təhsil və mədəniyyət işləri üzrə baş direktoru Korel Lovesə Azərbaycanın xalq rəssamı Lətif Kərimovun "Azərbaycan xalçası" kitabını təqdim edib. Çıxışlardan sonra iştirakçılara sərgidə nümayiş olunan eksponatlarla bağlı məlumat verilib. Habelə "Xarı bülbül" rəqs qrupunun ifasında "Naz eləmə", "Mirzəyi" və "Uzun dərə" kimi Azərbaycan milli rəqsləri təqdim olunub.

Sərginin açılış mərasimi çərçivəsində təşkil edilən mühazirə və usdad dərsində Azərbaycan xalçalarının simvolizm və tarixi təqdim edilib. İştirakçılar ənənəvi düyün texnikası ilə tanış olub və xalça naxışlarının toxunması prosesini praktiki şəkildə sınaqdan keçiriblər.

Liderlandın inzibati mərkəzi olan Haaqa şəhəsinin ən görkəmli məkanlarından hesab olunan Haaqa şəhər bələdiyyəsinin binadında iyunun 20-dək davam edəcək sərgidə Azərbaycan xalça sənətinin müxtəlif dövrlərinə aid seçilən nadir 20 sayda xalça nümunəsi nümayiş olunacaq.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər