Açılış mərasimində Azərbaycanın mədəniyyət naziri Adil Kərimli və nazirlik nümayəndələri, Qırğızıstanın mədəniyyət, informasiya, idman və gənclər siyasəti naziri Mirbek Mambetaliyev və nazirlik nümayəndələri, TÜRKSOY-un Baş katibi Sultan Raev, Azərbaycanın Qırğızıstandakı səfiri Lətif Qəndilov və səfirlik əməkdaşları, mədəni-ictimai xadimlər iştirak ediblər.
Açılış mərasimində çıxış edən Azərbaycanın mədəniyyət naziri Adil Kərimli və Qırğızıstanın mədəniyyət, informasiya, idman və gənclər siyasəti naziri Mirbek Mambetaliyev ölkələrarası mədəni-humanitar əlaqələrin inkişaf perspektivindən danışıblar.
Çıxışların ardınca tədbir qala konsert proqramı ilə davam etdirilib.
Qala gecədə Azərbaycanın incəsənət xadimləri, rəqs ansanblları təntənəli konsert proqramı ilə çıxış ediblər. (Report)