Bu barədə Milli Kitabxanadan məlumat verilib. Sərgidə ermənilərin türk-müsəlman əhalisinə qarşı soyqırımı, onun acı nəticələri, sənədlər toplusu, arxiv materialları, soyqırımı və deportasiyaların ilkin mərhələləri haqqında tədqiqatlar, həmin dövrün mətbuat orqanlarının materialları əsasında və işğalçılarla döyüşmüş insanların, hadisələrin şahidlərinin xatirələri əsasında nəşr olunan kitablar, zaman-zaman ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri kütləvi qətliamdan bəhs edən Azərbaycan və xarici dillərdə ədəbiyyatlar nümayiş olunur.
Sərgi bir həftə davam edəcək. (AZƏRTAC)