Bunu Şuşada keçirilən beynəlxalq elmi-praktik konfransda iştirak edən startaplar üzrə tanınmış mütəxəssis, israilli ekspert Tal Katran deyib.
“Biz konfrans boyu maliyyə, innovasiya, texnologiya, təhsil, davamlılıq və iqtisadiyyat kimi mövzuları müzakirə etdik. Azərbaycan artıq neft sahəsindən fərqli sahələrə keçid yolları axtarır. Azərbaycanın mədəniyyəti çox zəngindir”, - deyə israilli ekspert qeyd edib.
O bildirib ki, mədəni iqtisadiyyat dedikdə, rəsm, musiqi və digər sferalardan danışılır. Bu, artıq dünyanın bir çox yerində fəaliyyət göstərir.
“Tədbirdə iştirak edən komanda indiyədək uğurlu olub. Biz hamımız sabah Bakıda keçiriləcək konfransı gözləyirik. Düşünürəm ki, Şuşada olduğu kimi Bakıda da konfransa uğurla davam edəcəyik”, - deyə T.Katran diqqətə çatdırıb. (AZƏRTAC)