15.01.2026, 08:15
AZ EN
11.01.2026, 20:38 98

İğdırda İrəvan kiliminin hazırlanması üzrə Azərbaycan ənənəsi qorunur

XƏBƏRLƏR
  • Ermənistanla sərhəddə yerləşən Türkiyənin İğdır vilayətinin qubernatorluğu “İrəvan kilimi” texnikası üzrə mütəxəssislərin hazırlanması məqsədilə xalçaçılıq kurslarının açılması təşəbbüsünü dəstəkləyib.

“Qərbi Azərbaycana Qayıdış” Cəmiyyətinin İğdır üzrə nümayəndəsi Sərdar İğdır bildirib ki, layihə Azərbaycan xalçaçılığının ən qədim istiqamətlərindən birinin qorunub saxlanılmasına yönəlib.

Onun sözlərinə görə, 1993-cü ildən İğdırda fəaliyyət göstərən emalatxanada əvvəllər Qarabağ xalçaçılıq məktəbinə aid kilimlər, həmçinin Anadolunun müxtəlif bölgələrindən olan ustaların motivləri əsasında kilimlər və Osmanlı dövrünə aid xalçalar toxunub.

Emalatxananın müəllimi Sakina Cander bildirib ki, “İrəvan kilimi” texnikası ötən əsrin 1920-ci illərində ermənilər tərəfindən İğdıra qovulmuş azərbaycanlıların xatirəsinə ehtiramın ifadəsidir.

“Bir çoxları İrəvandan və digər bölgələrdən kilimləri özü ilə gətirmişdi. Biz bu motivləri qoruyub saxladıq və onları yenidən canlandırmağa başladıq. Bundan sonra emalatxanada İrəvan xanlığının ənənələri əsasında kilimlər də hazırlanacaq”, – deyə o vurğulayıb.

S.Canderin sözlərinə görə, emalatxanaya gələn qadınlar yeni bir sənətə yiyələnirlər ki, bu da onların ailələri üçün mühüm gəlir mənbəyidir.

Hazırda İğdır qubernatorluğunun nəzdində fəaliyyət göstərən xalçaçılıq emalatxanasında 30 qadın çalışır ki, bu da aylıq ümumi sahəsi 50 kvadratmetrə qədər olan kilim və xalçaların hazırlanmasına imkan verir. (AZƏRTAC)

Oxşar xəbərlər

SON XƏBƏRLƏR