08.09.2025, 12:48
AZ EN
07.09.2025, 21:33 28

8-ci “ANİMAFİLM” Beynəlxalq Animasiya Festivalının bağlanış mərasimi keçirilib

XƏBƏRLƏR
  • Nizami Kino Mərkəzində 8-ci “ANİMAFİLM” Beynəlxalq Animasiya Festivalının bağlanış mərasimi olub.

Tədbirdə çıxış edən festivalın direktoru, rejissor, prodüser, Azərbaycan Animasiya Assosiasiyasının sədri Rəşid Ağamalıyev tədbir haqqında ətraflı məlumat verib.

Azərbaycan Respublikası Kino Agentliyinin (ARKA) Baş direktoru Rəşad Əzizov animasiya filmlərinin sayının artmasının və beynəlxalq əməkdaşlıqların qurulmasının mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Böyük Britaniyadan olan münsiflər heyətinin nümayəndəsi Aaron Vud açıqlamasında Bakıya üçüncü dəfə səfər etdiyini deyib: “Azərbaycana hər gəlişimdə təqdim olunan işlərin keyfiyyətində artım müşahidə edirəm. Bu il festivalda daha fəal iştirak etmək imkanım oldu. Pişiklərlə bağlı xüsusi nümayişə nəzarət etmək mənim üçün maraqlı təcrübə idi. Animasiya viktorinası iştirakçıları bir araya gətirən, həm əyləncəli, həm də maarifləndirici sosial tədbir kimi diqqət çəkib”,- deyə o əlavə edib.

Sonda qaliblər “Ən yaxşı qısametrajlı animasiya”, “Uşaqlar üçün ən yaxşı qısametrajlı animasiya”, “Pişiklər haqqında ən yaxşı qısametrajlı animasiya”, “Ən yaxşı qısametrajlı tələbə animasiya”, “Ən yaxşı Azərbaycan qısametrajlı animasiya filmi” və digər nominasiyalar üzrə mükafatlarla təltif olunublar. (AZƏRTAC)

Oxşar xəbərlər