12.03.2025, 15:56
AZ EN
12.03.2025, 07:00 208

“1-ci Uşaq Teatr Festivalı” keçirilir

XƏBƏRLƏR
  • “10 Mart Milli Teatr Günü” nə həsr olunmuş Azərbaycan İncəsənət Məktəbinin təşəbbüsü, Azərbaycan Teatr Xadimləri İttifaqı və “Emedia Group” Media təşkilatının təşkilatçılığı ilə “1-ci Uşaq Teatr Festivalı”nın açılış mərasimi keçirilib.

Tədbirdə millət vəkilləri, QHT sədrləri, tanınmış incəsənət xadimləri, sənətsevərlər, mətbuat nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Festivalın açılışında Azərbaycan İncəsənət Məktəbinin təsisçisi və bədii rəhbəri Fərid Bağırov qonaqları salamlayaraq festivalın məqsədi və proqramı haqqında ətraflı məlumat verib. Daha sonra millət vəkilləri və incəsənət xadimləri çıxış edərək, festivalın uşaq teatrının inkişafına verdiyi töhfələrdən və mədəniyyətin gənc nəslə aşılanmasının əhəmiyyətindən danışıblar.

Azərbaycan İncəsənət Məktəbinin təşəbbüsü ilə təşkil olunan bu festivalın əsas məqsədi uşaqların yaradıcılıq potensialını inkişaf etdirmək, teatr sənətinə marağı artırmaq və gələcək aktyor nəslinin formalaşmasına dəstək verməkdir.

Qeyd edək ki, 6 gün davam edəcək festivalda 6-14 yaş arası uşaqlar 1, 2 və 3-cü yer uğrunda mübarizə aparacaqlar.

Festival 16 mart tarixinədək davam edəcək və bu müddətdə müxtəlif orta məktəblər, mədəniyyət mərkəzləri, dövlət və özəl qurumların iştirakı ilə bir neçə teatr tamaşası nümayiş olunacaq.

Sonda qaliblər seçilərək 17 mart tarixində festivalın bağlanış mərasimində ictimaiyyətə təqdim ediləcək.

Mina RƏŞİD

Oxşar xəbərlər