22.11.2024, 04:08
AZ EN
16.09.2022, 10:59 356

“Şuşa - Qarabağın dünəni, bu günü, sabahı”: Saatlı məscidi

XƏBƏRLƏR
  • Ölkə başçısının “Şuşa İli” elan edilməsi haqqında Sərəncamına əsasən Azərbaycan İstiqlal Muzeyi tərəfindən həyata keçirilən “Şuşa - Qarabağın dünəni, bu günü, sabahı” adlı layihə davam edir.

Muzeydən bildirilib ki, layihə çərçivəsində növbəti təqdimat Şuşa şəhərinin Saatlı məhəlləsində yerləşən tarixi məscid - Saatlı məscidinə həsr olunub.

Məscid Qarabağda bir neçə monumental dini və mülki tikilinin, o cümlədən Şuşada Aşağı və Yuxarı Gövhər Ağa məscidləri, Ağdamda Cümə məscidi və Bərdə İmamzadə türbəsinin müəllifi olan memar Kərbəlayi Səfixan Qarabağinin layihəsi əsasında 1883-cü ildə inşa edilib. Bu barədə məlumat məscidin əsas fasadında yerləşdirilmiş inşaat kitabəsində verilir. Məscidin inşa edildiyi yerdə əvvəl Molla Pənah Vaqifin dərs keçdiyi bir-birinə bitişik mədrəsə və məscid binaları olub.

1980-ci illərdə məsciddə restavrasiya işləri aparılıb. Məscid Mədəniyyət Nazirliyi tərəfindən ölkə əhəmiyyətli tarix-mədəniyyət abidəsi kimi qeydiyyata alınıb.

Şuşanın işğalından sonra xarabalığa çevrilən məscidin zəngin interyeri tamamilə, minarəsi isə qismən dağıdılıb. (AZƏRTAC)

Oxşar xəbərlər

SON XƏBƏRLƏR