21.11.2024, 12:36
AZ EN
18.11.2024, 15:50 135

“Dərviş” şüşə xalçası “İqlimlər və ilmələr” adlı beynəlxalq sərgidə nümayiş etdirilib

XƏBƏRLƏR
  • Qarabağ Universitetinin İncəsənət fakültəsinin müəllimi, bədii şüşə rəssamı Məhər Məhərrəmovun “Dərviş” şüşə xalçası Azərbaycan Milli Xalça Muzeyində “İqlimlər və ilmələr” (“Climates and Carpets”) adlı beynəlxalq sərgidə nümayiş etdirilib.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) həsr olunan sərgi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Xalça Muzeyinin təşkilatçılığı ilə baş tutub.

“İqlimlər və ilmələr” sərgisində Azərbaycan, ABŞ, Birləşmiş Ərəb Əmirlikləri, Meksika və Rusiyadan olan tanınmış rəssamların bəşəri dəyərə malik Azərbaycan xalça sənətindən, onun ənənəvi naxışlarından ilhamlanaraq yaratdıqları əsərlər sərgilənir.

Sərgidə, həmçinin şüşə, yun, metal, bioplastik, tənzif, lif, talaş və s. kimi materiallardan, müxtəlif tullantılardan hazırlanmış bir-birindən fərqli sənət nümunələri də yer alır.

Qeyd edək ki, sərgi noyabrın 30-dək davam edəcək.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər