Xalq artisti Mənsum İbrahimov İTV-nin “Sabahın xeyir, Azərbaycan!” proqramında bildirir ki, Ulu öndərimiz mədəniyyətə, milli musiqiyə çox önəm verirdi. Heydər Əliyevin mədəniyyət adamlarına xüsusi münasibəti vardı. Hər dəfə bütün tədbirlərdən sonra səhnənin arxasına gəlirdi. Bu artıq bir ənənə idi. Biz onu səbirsizliklə gözləyirdik. Gəlirdi, hamıyla ayrı-ayrı salamlaşırdı, onlara xoş sözlər deyirdi. Bu dahi insan Vətəninə, dilinə, millətinə çox bağlı bir insan idi. Musiqidən elə danışırdı ki, adama elə gəlirdi o musiqişünasdır. Azərbaycanın hansı tərəfinə baxsaq onun əl izlərini görürük. Düşünürəm ki, yüz illər keçsə də, nə qədər xalqımız yaşayır, Ulu Öndərimiz xalqın xatirəsində əbədi yaşayacaq.
Mina RƏŞİD