Bayram tədbirində Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, səfirliyin əməkdaşları, SOCAR-ın Gürcüstan nümayəndəliyi, Gürcüstan parlamentinin vitse-spikeri Sezar Subari, xalq müdafiəçisi Levan İoseliani, reinteqrasiya və bərabərlik nazirinin müavini Lia Gigauri iştirak ediblər.
Sezar Subari bildirib ki, müsəlmanların Novruz bayramı Ramazan ayı xristianlarının oruc tutduqları ayla üst-üstə düşüb: "Bu, deməkdir ki, biz eyni harmoniya içərisində birgə həyat sürür, eyni duyğuları və hissləri paylaşırıq".
Levan İoseliani deyib ki, Gürcüstan azərbaycanlıları bu dövlətin qurulmasında və inkişafında fəal iştirak edirlər: "Onlar həm cəmiyyətin müxtəlif sahələrində, həm də iqtisadi və mədəni həyatda mühüm rol oynayır, ölkənin inkişafı üçün qiymətli töhfələr verirlər".
Lia Gigauri isə Novruz bayramının bərabərlik və inteqrasiya simvolu olduğunu, həmçinin müxtəlif mədəniyyətlərin harmoniya içində yaşamasını təmin etdiyini vurğulayıb.
Faiq Quliyev qeyd edib ki, Novruz bayramı həm Azərbaycanda, həm də Gürcüstanda milli kimliyi, mədəniyyəti və ənənələri təbliğ edən, xalqı birləşdirən və sevgi, sülh və əmin-amanlıq diləyən bir gündür: "Gürcüstanda yaşayan yüz minlərlə azərbaycanlının tarixi ənənələrinə sadiq qalaraq bu bayramı qeyd etməsi Gürcüstanda da böyük bir rəmzi mənaya malikdir. Xüsusilə son on il ərzində Gürcüstan dövləti, Gürcüstanın aidiyyəti struktur bölmələri və rayon rəhbərləri də azərbaycanlılarla birgə bu bayramı qeyd edirlər".
Tədbirin sonunda “BEEZ” Uşaq Teatrının balaca aktyorları və incəsənət nümayəndələri bədii proqramla çıxış ediblər. (Report)