Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət Nazirliyinin təşəbbüsü və Beynəlxalq Mətbuat Mərkəzinin təşkilatçılığı ilə Xurşidbanu Natəvanın anadan olmasının 190 illik yubileyinə həsr edilmiş "Xurşidbanu Natəvan 190 - Muğam və qəzəl gecəsi" adlı tədbir keçirilib.
Kulis.az xəbər verir ki, konsert gecəsində mədəniyyət və incəsənət xadimləri, ədəbiyyat nümayəndələri iştirak ediblər.
Tədbirin aparıcısı Yazıçılar Birliyinin katibi, Əməkdar mədəniyyət işçisi İlqar Fəhmi Natəvan yaradıcılığından danışıb.
Sonra Əməkdar mədəniyyət işçisi, yazıçı, Xurşidbanu Natəvan haqqında kitab və məqalələrin müəllifi Mustafa Çəmənli şairənin yaradıcılığı və irsi haqqında geniş məlumat verib.
Çıxışlardan sonra BMM-nin solistləri Elgiz Əliyev, Vəfa Orucova, Könül Xəlilzadə, Könül Məmmədli, Nisbət Sədrayeva, gənc xanəndələr Rəvan Qaçayev və Murad Laçın Natəvan yaradıcılığından seçmə qəzəlləri muğam üzərində ifa ediblər.
Hazırladı: Mina RƏŞİD