Kitabxanadan bildirilib ki, sərginin açılışında Şuşanın azad olunmasında fədakarlıq göstərmiş xüsusi təyinatlıların komandiri və Şuşaya Azərbaycan Bayrağını sancan polkovnik Rəşad Aslanov, 44 günlük Vətən müharibəsinin qəhrəmanları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Sərgidə Şuşanın tarixi, mədəniyyəti və incəsənətinə dair Azərbaycan və müxtəlif dillərdə ədəbiyyatlar, həmçinin Milli Kitabxananın “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından hazırladığı görkəmli şəxslərinin biblioqrafiyaları və musiqi notları nümayiş olunub. (AZƏRTAC)