Kitabda müəllifin “Şuşa dəftəri” başlığı altında Şuşa şəhərini tərənnüm edən silsilə şeirləri ilə yanaşı, müxtəlif illərdə qələmə aldığı poetik nümunələr də yer alıb.
Türk Ədəbiyyatı Vəqfinin nəşr etdirdiyi “Şuşa dəftəri” kitabında yer alan şeirləri Azərbaycan dilindən Türkiyə türkcəsinə “Türk ədəbiyyatı” dərgisinin baş redaktoru İmdat Avşar uyğunlaşdırıb. Kitabın korrektoru isə “Türk ədəbiyyatı” dərgisinin əməkdaşı Səadət Örməci və Enver Uğur Aykoldur.
İmdat Avşar kitabın ön sözündə qeyd edib ki, Rəşad Məcidin bu kitabda yer alan və “Şuşa Dəftəri” başlığı ilə yazdığı şeirləri onun otuz il sonra vətən toprağı ilə qovuşmağının tərənnümündən ibarətdir: “Rəşad Məcid vətən toprağına qovuşduğu üçün xoşbəxtdir. Çünki, onun poetikasında o topraqlar heç dəyişmədən əsl sahiblərini gözləyən sadiq bir sevgilidir. “Mənim sadiq yarım qara topraqdır” deyərək əbədi gerçəyi dilə gətirən Aşıq Veysəl kimi Rəşad Məcid də bu vəfa və sədaqət qarşısında heyranlığını gizlədə bilmir. Öldüyümüz zaman belə bizi bağrına basan vətən toprağıyla görüşdüyünə, toprağın vəfasına görə özünü xoşbəxt sayır”.
Qeyd edək ki, “Şuşa Dəftəri” Rəşad Məcidin Türkiyədə çıxan dördüncü kitabıdır. Daha əvvəl onun Türkiyədə “Bir Daha Gəlməyəcək (Şeirlər)”, “Dəlicəsinə” (Esselər), “Qələmsiz Yazılanlar” (Sosial Media Ədəbiyyatı) adlı kitabları çap olunub.
Hazırladı: Mina RƏŞİD