Balladanın sözləri Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, Milli Məclisin sədr müavini, akademik Rafael Hüseynova, musiqisi Xalq artsiti Faiq Sücəddinova məxsusdur.
Rafael Hüseynov bildirib ki, solist, xor və simfonik orkestrin ifası üçün nəzərdə tutulmuş əsərin solo hissəsini Əməkdar artist Ramil Qasımov ifa edəcək.
Eyni zamanda əsər səhnədə Xalq artisti Yalçın Adıgözəlovun rəhbərlik etdiyi simfonik orkestrin ifasında təqdim ediləcək. (Report)