Bunu açıqlamasında Türkiyənin keçmiş enerji və təbii sərvətlər naziri, millət vəkili, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Parlament Assambleyası (PA) Türkiyə nümayəndə heyətinin rəhbəri Fatih Dönməz deyib.
Onun fikrincə, xüsusilə Zəngəzur dəhlizi ilə bağlı alternativ nəqliyyat variantları yaratmaq mümkündür:
"Biz həmçinin bunu gələcək enerji axınları üçün alternativ bir yol hesab edirik. Yeri gəlmişkən, onu da qeyd etməliyəm ki, bu tərəfdaşlıq yalnız bu tranzit layihələri ilə bağlı deyil; SOCAR olaraq, Türkiyə Neft Şirkəti kimi, digər birgə layihələrimiz də var. Beləliklə, arzumuz, əlbəttə ki, gələcəkdə hər iki ölkədə bu layihələrin artmasıdır".
Bundan başqa QDİƏT PA Türkiyə nümayəndəliyinin sədri olaraq millət vəkili bu beynəlxalq təşkilatın yaradılmasında da hər iki ölkənin aparıcı rol oynadığını vurğulayıb:
"1991-ci ildə yaradılan bu təşkilat regional iqtisadi əməkdaşlığı artırmağı və beləliklə, regionun sülh və əmin-amanlığına töhfə verməyi hədəfləyir. Türkiyədə yerləşəm bu beynəlxalq təşkilatın hədəfinə doğru iərliləməsində Azərbaycanın da əsas payı var". (Report)