Bu barədə baş nazirin mətbuat katibi Nazeli Baqdasaryan bildirib.
Onun sözlərinə görə, bu, Paşinyanın avqustun 12-dən 15-dək məzuniyyətdə olması ilə əlaqədardır.
İclasda Ermənistanı Baş nazirin müavini Mher Qriqoryan təmsil edəcək.
İclasda Aİİ çərçivəsində birja əqdlərinin inkişaf proqramı, üzv dövlətlərin 2024-2026-cı illər üçün nəqliyyat siyasəti, dərman və tibbi avadanlıqların ümumi bazarının inkişaf konsepsiyası və digər məsələlər müzakirə olunacaq. (Report)