22.01.2026, 18:07
AZ EN
22.01.2026, 16:43 191

Kamal Abdulla: “Bədii ədəbiyyatla dostluq dilimizi varvar sözlərdən təmizləyir”

XƏBƏRLƏR
  • Bu günlərdə Azərbaycan Dillər Universitetində “Elm və təhsilin inteqrasiyası davamlı inkişaf müstəvisində” adlı dəyirmi masa təşkil olunub.

Tədbirdə ADU-nun rektoru, akademik Kamal Abdulla bildirib ki, alimlərin, mütəxəssislərin və tədqiqatçıların üzərinə böyük məsuliyyət düşür. Azərbaycan dilinin saflığının qorunub və inkişafına töhfə vermək üçün bütün elmi bacarıqlardan və təcrübədən istifadə etmək lazımdır:

“Bəzən elə məqamlar olur ki, həmin məqamlar bütövlükdə dilimizin korlanmasına gətirib çıxarır. Bu məqamlar Cənab Prezidentin diqqətindən kənarda qalmayıb və bu məqamlarla mübarizə aparmaq hər bir cəmiyyətin və dil daşıyıcılarının borcudur. Cənab Prezidentin vurğuladığı kimi biz dilimizi yad ünsürlərdən təmizlənmiş formada görmək istəyirik. Bu yad ünsürlərin dilimizə daxil olması onun solğunlaşması, dilimizin solğunlaşması millətin solğunlaşması, millətin solğunlaşması dövlətin solğunlaşması deməkdir. Bu proses zəncirvari xarakter daşıyır”.

Kamal müəllim qeyd edib ki, dilimizdə bu məqamlarla mübarizənin ən təsirli üsulu bədii ədəbiyyatla dostluq etməyi bacarmaqdır. Nə qədər çox bədii ədəbiyyat nümunələri oxunsa, bir o qədər də dilimiz varvar sözlərdən azad olacaq: “Bu gün dünyanın müxtəlif ölkələrində əlli milyondan çox soydaşımız yaşayır. Onlar üçün dil mayakı olmalıdır. Zəngin, təmiz, ləyaqətli şəkildə fəaliyyət göstərən bir mərkəz olmalıdır. Dilimizin saflığının qorunması özünü bütün sahələrdə göstərməlidir. İstər ədəbiyyatda, istər mətbuatda, istər tərcümə sahəsində, istərsə də cəmiyyətin müxtəlif sahələrində dilimizin saflığı və təmizliyi məsələsinə xüsusi diqqət və önəm verilməlidir.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər