15.03.2025, 00:27
AZ EN
23.08.2023, 15:36 317

İTV-yə müsahibə verən erməni qız təhdid olunur

XƏBƏRLƏR
  • Qarabağda yaşayan bir qrup şəxs iki gün əvvəl Ermənistana keçmək üçün “Həkəri” çayı üzərindəki körpünün yaxınlığındakı sərhəd-keçid məntəqəsinə gəlmişdi. Bu zaman ərazidə çəkiliş aparan Azərbaycan jurnalistlərindən biri - İTV kanalının əməkdaşı Elen Arustamyan adlı erməni tələbəyə ünvanladığı suala və aldığı cavaba görə sosial şəbəkələrdə marağa səbəb olmuşdu.

“Vətən səsi” xatırladır ki, Qarabağdan Ermənistana getmək istəyən tələbə qız azərbaycanlı jurnalistin “Sərhədi təhlükəsiz və maneəsiz keçirsiniz? Razısınızmı?" suallarına gülümsəyərək müsbət cavab verib və əlavə edib ki, hər şey normaldır.

İndi isə İTV-yə açıqlama verən həmin tələbə ermənilərin sərt təpkisinə tuş gəlib. Belə ki, erməni qız azərbaycanlı jurnalistə verdiyi gülərüz cavabına görə həmyerliləri onu tənqid etməyə başlayıblar. Azərebaycan xalqına nifrətini gizlədə bilməyən ermənilər Elen Arustamyanı təhqir etməkdən belə çəkinmirlər.

BDU-nun Erməni Araşdırmaları və Təlim Mərkəzinin direktoru İsmayıl Tanrıverdi bildirib ki, sözügedən videonun sosial şəbəkələrdə yayılmasından sonra 17 yaşlı qız tənqid hədəfinə çevrilib. Sosial şəbəkələrin erməni seqmentində qızın ünvanına təhdid, təhqir və söyüşlər yazılıb.

Sosial şəbəkələrdə Elen Arustamyanın ünvanına “Axmaqlara təəccüblənməyin”, “Əgər qorxursansa, boş-boş danışmaqdansa, susmaq daha yaxşıdır”, “Gənclər siyasi baxımdan cahildir”, “Öküz, beyinsiz, nəyi yaxşıdır?” “Bu qız necə İrəvan universitetlərində təhsil ala bilər?”, “Yum ağzını”, “Təbrik edirəm, internet fenomenisən, bütün millət sənə lənət oxuyur” və kimi təhqiramiz şərhlər yazılıb.

Elxan SALAHOV

Oxşar xəbərlər

SON XƏBƏRLƏR