21.09.2024, 21:21
AZ EN
30.08.2023, 17:54 266

Azərbaycanlı şəhid övladları Türkiyənin Zəfər Bayramında iştirak ediblər

XƏBƏRLƏR
  • “Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri” İctimai Birliyi (TÜİB) ilə “YAŞAT” Fondunun birlikdə düzənlədiyi, Türkiyə Gənclik və İdman Nazirliyinin nəzdində İstanbul və Çanaqalada təşkil olunan “Ayyıldız” Gənclər Düşərgəsinin son günündə azərbaycanlı Şəhid övladları Çanaqqalada keçirilən 30 Avqust Zəfər Bayramında işirak ediblər.

Şəhid övladları təntənəli hərbi paradda əsgərlərin həmən arxasından irəliləyiblər.

Hərbi parada rəng qatan azərbaycanlı gənclər mərasimin izləyicilər tərəfindən böyük alqışlarlarla qarşılanıblar. Çanaqqala valisi İlhami Aktaş mərasimdən sonra azərbaycanlı gənclərlə səmimi söhbət edərək onlarla xatirə fotoşəkli çəkdirib.

Gənclər düşərgənin son günündə belə bir əlamətdar tədbirdə iştirakdan çox məmnun olublar.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər