Bunu Xocalı rayonunun Xanabad kəndinə köç edən keçmiş məcburi köçkün Polad Səhliyev jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Xanabaddan 1992-ci ildə köç etmək məcburiyyətində qalıb.
"O vaxtı iki uşaqla kənddən çıxmışdıq, indi isə nəvələrimlə, ailəmlə geri qayıdırıq. Sevincimizin həddi-hüdudu yoxdur", - P. Səhliyev qeyd edib.
Keçmiş məcburi köçkün torpaqların azadlığı uğrunda canından keçən şəhidləri hörmətlə yad edib, qazilərə şəfa diləyib, Ali Baş Komandana cansağlığı arzulayıb. (Report)