44 gün davam edən Vətən Müharibəsi nəticəsində Azərbaycan öz dədə-baba torpaqlarını mənfur düşməndən xilas etdi. Torpaqlarımızın işğaldan azad edilməsində Azərbaycanın vətənpərvər oğulları canlarından keçdilər. Vətən Müharibəsində şəhid olmuş qəhrəmanlarımızdan biri də Zabil Fikrət oğlu İbadzadədir. O, 1996-cı il dekabrın 27-də Lənkəran rayonunun Gəgiran kəndində anadan olub. 2015-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub.
Azərbaycan Ordusunun əsgəri olan Zabil İbadzadə 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində döyüşlərə Füzulidən başlayıb. Sonra Cəbrayılın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. Zabil Qubadlı uğrunda gedən döyüşlərdə yaralansa da geri qayıtmayıb. O, noyabrın 5-də Qubadlı döyüşlərində qəhrəmancasına şəhadətə ucalıb. Şəhidimiz doğma Lənkəran rayonunda Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Zabil İbadzadə ölümündən sonra "Vətən uğrunda", “Cəsur döyüşçü”, “Qubadlının azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medallarına layiq görülüb.
Şəhidimiz ailəli idi, Fərid adlı bir övladı Vətənə əmanət qalıb.
Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, qəhrəman şəhidim!
Mina RƏŞİD