20.09.2024, 00:17
AZ EN
25.07.2023, 09:48 216

Şahin Həsənov: Bizi doğma torpaqlarımıza geri qaytaran dövlətimizə minnətdaram

XƏBƏRLƏR
  • 31 ildən sonra Laçına gedirəm. O torpaqların azad olunması uğrunda şəhid olanlara Allah rəhmət eləsin, qazilərimizə şəfa versin.

Bu barədə bu gün öz doğma yurd-yuvasına qayıdan Laçın sakini Həsənov Şahin deyib.

"Dövlətimiz mənfur ermənilərin dağıtdığı evlərimizi təmir etdi, hər şəraitə sahib yeni evlər tikib bizə verirlər Buna görə, dövlətimizə minnətdaram. Bütün hər kəsi Laçına qonaq çağırıram", - deyə o əlavə edib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. İyulun 25-də növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb. Bu mərhələdə Laçın şəhərinə daha 19 ailə - 89 nəfər köçürülüb.

Köçürülən ailələr Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşacaqlar.

Bununla da Laçın şəhərində 152 ailə, yəni 591 nəfərin daimi məskunlaşması təmin edilib. (Trend)

Oxşar xəbərlər

SON XƏBƏRLƏR