09.06.2025, 14:00
AZ EN
25.02.2025, 18:20 34

Baş prodüser: “Əsirlikdə 8 gün” filmi tariximizin ən acı həqiqətlərini əks etdirir

XƏBƏRLƏR
  • “Əsirlikdə 8 gün” filmi Ermənistanın işğalçılıq siyasətini, bütövlükdə insanlığa qarşı törətdiyi hərbi cinayətləri dünyaya çatdırmaq və bu faciəni gənc nəsillərə unutdurmamaq məqsədilə çəkilib. Film Dürdanə Ağayevanın əsirlik xatirələrinə və müsahibələrinə əsaslanaraq hazırlanıb. Orada Xocalı əsirlərinin keçdiyi ağır sınaqlar, işgəncələr qısa, lakin təsirli səhnələrlə canlandırılıb.

Bu sözləri “Əsirlikdə 8 gün” filminin baş prodüseri Səbinə Məlikova jurnalistlərə müsahibəsində söyləyib. Onun sözlərinə görə, “Əsirlikdə 8 gün” tamamilə bədii film hesab edilə bilməz, çünki onun sənədli hissələri də var. Filmə 1992-ci ildə Dürdanə xanımın əsirlikdən qaytarıldığı zaman çəkilmiş real görüntülər də daxil edilib.

Baş prodüser qeyd edib ki, film Xocalı soyqırımının və erməni əsirliyində baş verən dəhşətlərin unudulmamasına xidmət edir: “Bu film, eyni zamanda, beynəlxalq ictimaiyyəti insanlığa qarşı törədilmiş həmin cinayətlər haqqında məlumatlandırmaq məqsədi daşıyır. Film tarixin ən acı həqiqətlərindən birini sənədli və bədii üslubda təqdim edərək, Xocalı faciəsinin şahidlərinin səsini dünyaya çatdırır. Əsirlikdə qalan insanların yaşadığı iztirabları real faktlarla nümayiş etdirərək, gələcək nəsillərə bu faciəni unutdurmamağı hədəfləyir”. (AZƏRTAC)

Oxşar xəbərlər