Bu sözləri Ağdamda açıqlamasında Xocalının Daşbulaq kəndinə köç edən keçmiş məcburi köçkün Gülçöhrə Əliyeva deyib.
“Doğma torpaqlardan köçmək məcburiyyətində qalanda gənc qız idim. İllərlə o yerlərin həsrəti ilə yaşadım, bir gün yenidən qayıdacağımıza ümidimi itirmədim. Artıq həsrət dolu illər geridə qalır, qarşıda isə bizi doğma yurdumuzda xoş günlər gözləyir”, - deyə o bildirib. (AZƏRTAC)