22.01.2026, 15:19
AZ EN
22.01.2026, 14:28 64

Anar Əliyev Ağdamda vətəndaşları qəbul edib

QARABAĞ
  • Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Ağdam rayonunda Ağdam və Tərtər rayonlarının sakinlərini qəbul edib.

Bu barədə nazirlik məlumat yayıb.

Qəbul zamanı vətəndaşlar məşğulluq, əlillik, mənzil təminatı, sosial xidmət və s. məsələlərlə bağlı müraciət ediblər. Müraciət edənlər sırasında şəhid ailələrinin üzvləri və müharibə iştirakçıları da olub. Hər bir müraciət fərdi qaydada araşdırılıb və nəticəsinə uyğun tədbirlər görülüb.

Sorğu xarakterli müraciətlərlə bağlı qanunvericiliyə uyğun izahatlar verilib. Vətəndaşlar müraciətləri əsasında aktiv məşğulluq proqramlarına, habelə özünüməşğulluq proqramına, sosial xidmətlərə cəlb edilmələri üçün qeydiyyata alınıblar.

Özünüməşğulluq proqramı çərçivəsində Ağdam rayon sakinləri İdriszadə Ülvi Şəhriyar oğlu və Rzayeva Esmira Abil qızı üçün qurulmuş kiçik təsərrüfatlara baxış keçirilib.

Qeyd edilib ki, ötən dövrdə özünüməşğulluq proqramı çərçivəsində Ağdam rayonunda 2600-dək şəxs üçün kiçik təsərrüfatlar qurulub. (Report)

Oxşar xəbərlər