Füzuli Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, tədbir başlamazdan əvvəl şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxış edən rayon icra hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülbahar Eyvazova Ana dilimizin qorunması və inkişafı üçün ulu öndər Heydər Əliyevin misilsiz xidmətlərindən söz açıb. Azərbaycanda dövlət dil siyasətinin Prezident İlham Əliyev tərəfindən daha da uğurla davam etdirildiyini vurğulayan natiq ana dilimizin qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində atılan vacib addımlara diqqət çəkib.
Rayon icra hakimiyyətinin əməkdaşı Qabil Əliyev, Füzuli Tarix-diyarşünaslıq Muzeyinin əməkdaşı Nailə Əsədli, Heydər Əliyev Mərkəzinin direktor əvəzi Şahanə Kərimova ana dilimizin saflığından, millətin varlığında dil amilinin vacibliyindən, ölkəmizdə aparılan uğurlu dil siyasətindən söz açıblar. Daha sonra “Ana dilimizi qoruyaq!” adlı videoçarx nümayiş olunub. (AZƏRTAC)