22.11.2024, 00:51
AZ EN
23.09.2024, 17:48 177

Komitə sədri: İşğal dövründə Qarabağda dini məbədlərimizin tarixinin saxtalaşdırılmasına cəhd edilib

XƏBƏRLƏR
  • Bu torpaqlarda Azərbaycan xalqına məxsus yüzlərlə dini və tarixi abidə məhv edilib. Məscidlərimiz təhqir olunub, dini məbədlərimizin tarixinin saxtalaşdırılmasına cəhd edilib.

Bu sözləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov sentyabrın 23-də Şuşada keçirilən “İdeoloji mübarizədə din amili: mediadan gözləntilər” mövzusunda seminarın açılış mərasimində söyləyib.

"Ancaq bu gün dövlətimiz tərəfindən dini və mədəniyyət abidələrimiz bərpa olunur. Əminəm ki, müzakirələrdə media nümayəndələrinin maraqlı və ümumi işimizə fayda verəcək ideya və təklifləri olacaq.

Əsas məqsədimiz ondan ibarətdir ki, ənənəvi düzənin dəyişdiyi, yeni geosiyasi reallıqların formalaşdığı indiki dövrdə din amilini siyasi-psixoloji və ideoloji təsir alətinə çevirmək cəhdləri barədə fikir və məlumat mübadiləsi aparaq. İdeoloji təhlükəsizlik və din indi əvvəlki onilliklərlə müqayisədə bir-birilə daha sıx qarşılıqlı təsirə malikdir", - o qeyd edib. (Trend)

Oxşar xəbərlər