09.10.2025, 22:46
AZ EN
22.08.2022, 17:30 469

Qədim Şuşadan Bülbül avazı

XƏBƏRLƏR
  • Azərbaycan professional vokal sənətinin banisi, SSRİ Xalq artisti, professor, ictimai xadim Bülbülün anadan olmasının 125 illiyi münasibətilə sənətkarın Şuşa şəhərində yerləşən ev-muzeyində “Qədim Şuşadan Bülbül avazı” adlı tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan Bülbülün Şuşadakı ev-muzeyinin direktoru Fəxrəddin Hacıbəyli Qədim Şuşanın tarixindən, Qarabağda ilk bərpa olunan və fəaliyyətə başlayan Bülbülün ev-muzeyindən söhbət açıb. Tədbirin təşkilatçılarından olan Murad Həsənxanlı Bülbül irsinin gənclər arasında geniş təbliğ olunması istiqamətində görülən işlərdən danışıb.

Bülbülün Memorial Muzeyinin, Bülbülün Şuşadakı ev-muzeyinin və "Aytam" UMMİB-nin birgə təşkilatçılığı ilə reallaşan tədbirdə beynəlxalq müsabiqələr laureatı Əli Vahidov Bülbülün repertuarından "Ölkəm", "Sənsiz", "Sevgili canan" romanslarını ifa edib. (AZƏRTAC)

Oxşar xəbərlər