Film Şərqi Zəngəzurun qapısında yerləşən qədim bir yurdun 30 il ərzində viran qoyulmuş torpaqları üzərində yenidən ucaldılmış mavi minarəli məscidin hekayəsidir. Filmdə işğalın məhv etdiyi onlarla məscidin acı keçmişindən, ümid dolu gələcəyindən bəhs edilir, eləcə də, 30 il sonra azanın ecazkar sədası altında öz doğma torpağına qayıtmış sadə azərbaycanlının, adi vətəndaşın, inanclı bir müsəlmanın timsalında milyonlarla yurddaşımızın duyğuları ifadə olunur.
XX əsrin keşməkeşli, ziddiyyətli və son dərəcə mürəkkəb reallıqları fonunda 67 məscidi işğaldan azad edən qüdrətli Azərbaycan dövlətinin İslam dünyası qarşısında ən böyük xidmətlərdən birinə imza atması bu filmin dünyaya verdiyi başlıca mesajdır.
Hazırladı: Mina RƏŞİD