Bunu Mədəniyyət nazirinin müavini Fərid Cəfərov parlamentin bir neçə komitəsinin ortaq iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.
Nazir müavini bildirib ki, kino sənayesinə ayrılan vəsait həm də ölkəmizin filmlərinin beynəlxalq festivallarda təmsil olunmasına, təqdim olunmasına, eyni zamanda ölkəmizdə beynəlxalq kino festivalının keçirilməsinə sərf olunur.
“Azərbaycan artıq 3 ildir ki, beynəlxalq kino festivalına ev sahibliyi edir. Son 2 ildə 30-a yaxın filmimiz beynəlxalq kino festivallarında, o cümlədən, Kann və Venesiya kimi nüfuzlu festivallarda iştirak edib.
Mina RƏŞİD