22.11.2024, 09:40
AZ EN
05.08.2022, 16:15 419

Mənsum İbrahimov: Bu gün biz gənc qalibləri bütün dünyaya Şuşadan elan edəcəyik

XƏBƏRLƏR
  • Bu gün bizim üçün tarixi bir gündür. Zəfərimizdən sonra ilk dəfə olaraq VIII “Muğam” Televiziya Müsabiqəsinin finalı Şuşada təşkil olunub. Canlı efirə çıxmağımıza dəqiqələr qalıb. Bu, qürurverici bir hadisədir.

Bu sözləri Xalq artisti Mənsum İbrahimov deyib.

“Bu, təkcə bir mədəniyyət hadisəsi deyil. Şuşamız bizim həmişə qürur mənbəyimiz, qürur yerimiz, mədəniyyət paytaxtımız olub. Bu gün biz canlı olaraq bütün dünyaya bir daha sübut edəcəyik ki, Şuşada güllə səsi yox, muğam səsi gəlir. Biz bunu istəyirdik və buna da nail olduq. Həm tarixi torpağımızı qaytardıq, həm də burada bir-birində gözəl tədbirlər, müsabiqə keçiririk. İnanıram ki, bundan sonra da qala-şəhərdə böyük festivallar, muğam müsabiqələri təşkil olunacaq, böyük musiqilər səsləndiriləcək. Bütün xalqımızı, muğamsevərləri ürəkdən təbrik edirəm. Bu gün gənc qalibləri biz Şuşadan bütün dünyaya elan edəcəyik”, - deyə Xalq artisti vurğulayıb. (AZƏRTAC)

Oxşar xəbərlər

SON XƏBƏRLƏR