21.11.2024, 23:54
AZ EN
02.07.2024, 08:23 302

“Dərələyəzim” əsəri Topkapı sarayında

XƏBƏRLƏR
  • Azərbaycanın tanınmış dekorativ tətbiqi sənət ustaları, Azərbaycan Rəssamlar İttifaqının üzvləri, Tətbiqi Sənət Nümunələrinin Qorunmasına və Təbliğinə Yardım İctimai Birliyinin qurucuları Lalə, Toğrul və İsgəndər Sərdarlıların İstanbul səfəri zamanı müxtəlif platformalarda faydalı müzakirələr aparılıb, əhəmiyyətli görüşlər keçirilib.

Sərdarlı ailəsi üçün böyük əhəmiyyət kəsb edən bu görüşlərdən birində Türkiyədə, eləcə də digər ölkələrdə kifayət qədər nüfuz qazanan Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri Akkan Suver Azərbaycan Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Tətbiqi Sənət Nümunələrinin Qorunmasına və Təbliğinə Yardım İctimai Birliyinin Türkiyədə ilk dəfə gerçəkləşdirəcəkləri layihəyə uğurlar diləyib, gələcəkdə iki təşkilat arasında uyğun işbirliyinin qurulmasının əhəmiyyətindən danışıb.

Daha bir görüş Türkiyənin Milli Saraylar İdarəsi Topkapı Sarayı Dairə rəhbəri İlhan Kocamanla keçirilib. Türkiyənin tarixi Topkapı saray-muzeyində baş tutan görüşdə Azərbaycan sənət ustalarının yaradıcılığı ilə yaxından tanış olan İ.Kocaman Sərdarlılar ailəsinin əsərlərini böyük sənətkarlıq nümunəsi kimi qiymətləndirərək, bu nadir eksponatlarn Topkapı sarayında sərgilənəcəyinə qərar verdiklərini bildirib.

Görüşdə ortaq mədəniyyətimiz haqqında danışan dairə başçısı deyib: “Biz hər zaman söyləyirik ki, Türk mədəniyyətinin qaynağı şərqdən başlayıb. Oradan gələn mədəniyyət günümüzdə özünü Topkapı sarayında da büruzə verir. Bizim eyni kökdən olduğumuz kimi mədəniyyətimiz, ənənələrimiz, dəyərlərimiz də ortaqdır. Azərbaycanla Türkiyə arasındakı “Bir millət, iki dövlət” kəlamı bu əsərlərdə də özünü göstərir”.

Sərdarlı ailəsinin üzvləri öz növbəsində xoş qəbula, qonaqpərvərliyə, sənət yaradıcılıqlarına göstərilən yüksək hörmət və diqqətə görə ailəsi adından Türkiyə dövlətinə, Milli Saraylar rəhbərliyinə və şəxsən İlhan Kocamana dərin təşəkkürlərini ifadə ediblər.

Lalə Sərdarlı QHT rəhbəri olaraq Topkapı Sarayı ilə yaranan əməkdaşlığın yeni əsərlərin yaranmasına, burada qorunan zəngin mədəni irs nümunələrinin təbliğinə töhfə verəcəyini bildirib.

İlhan Kocaman Topkapı sarayı adından qonaqlara Türkiyə sənətçisi tərəfindən xüsusi qaydada hazırlanan əl işi nümunəsini hədiyyə edib. (AZƏRTAC)

Oxşar xəbərlər