21.11.2024, 21:59
AZ EN
19.03.2022, 15:00 263

“Ayrılmadı könül candan!” hekayə və esse müsabiqəsi

XƏBƏRLƏR

Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ali təhsil müəssisələrinin Filologiya və Jurnalistika fakültələrinin tələbələri arasında Şuşa İli münasibətilə "Ayrılmadı könül candan!" adlı hekayə və esse müsabiqəsi elan edib. Müsabiqə mədəniyyət paytaxtımız Şuşanın və bütövlükdə Qarabağın çoxəsrlik mədəni, tarixi irsinin təbliği və qorunması, gənc nəsil tərəfindən öyrənilməsi, həmçinin tələbələrdə düzgün yazı vərdişlərinin inkişafı, ədəbi dil normalarına riayət olunmasının təmin edilməsi məqsədilə keçirilir.

Mövzular:

• Qarabağın ədəbi-bədii mühiti;

• Qarabağın tarixi-memarlıq abidələri;

• Qarabağ Azərbaycanın musiqi beşiyidir;

• Şuşa Azərbaycanın mədəniyyət mərkəzidir.

Müsabiqənin şərtləri:

• Yazılar Azərbaycan dilində olmalı, bundan əvvəl dərc edilməməlidir;

• Hər müəllif yalnız bir yazı ilə iştirak edə bilər.

Yazının tərtibinə qoyulan tələblər:

1. Mətnin formatı: Microsoft Word

2. Yazının şrifti: Arial, 14

3. Yazının həcmi: 1500-2000 söz

4. Sətirlərarası məsafə: 1,5

İştirak etmək istəyənlər yazının elektron variantını 2022-ci il aprelin 5-dək info@monitorinqmerkezi.az imeylinə, əlyazmasını isə qapalı zərfdə Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinə (AZ1073, Bakı şəhəri, H.Cavid prospekti, 117) göndərə bilərlər.

Qaliblərə diplom və hədiyyələr təqdim olunacaqdır.

Oxşar xəbərlər