Bakı Şəhər Mədəniyyət Baş İdarəsindən bildirilib ki, tədbirdə Qarabağın erməni işğalından azad edilməsi uğrunda canından keçən oğullarımızdan biri də Nahid Teymurzadə olduğu qeyd edilib.
Şəhidimizin 1997-ci ilin iyunun 23-də Biləsuvar rayonunun Günəşli kəndində anadan olduğu bildirilib. Diqqətə çatdırılıb ki, Nahid Vətən müharibəsinə könüllü şəkildə qoşulub və Xocavəndin Düdüklü kəndinin azad olunması uğrunda gedən döyüşlərdə şəhadətə yüksəlib.
N.Teymurzadə ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", “Xocavəndin azad olunmasına görə" və Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.
Daha sonra şəhidlərimiz haqqında, eləcə də onların keçdikləri şərəfli yoldan bəhs edilərək, əziz xatirələri ehtiramla yad olunub. (AZƏRTAC)