08.09.2024, 06:00
AZ EN
25.07.2022, 11:25 263

“Şuşa - Qarabağın dünəni, bu günü, sabahı”: Şuşa hamamları

XƏBƏRLƏR
  • “Şuşa İli” çərçivəsində Azərbaycan İstiqlal Muzeyi tərəfindən həyata keçirilən “Şuşa - Qarabağın dünəni, bu günü, sabahı” adlı layihə davam edir.

Muzeydən bildirilib ki, layihə çərçivəsində növbəti təqdimat Şuşa hamamlarına həsr olunub.

Şuşa şəhəri burada tikilmiş hamamların həm sayına, həm də memarlıq üslubuna görə şöhrət qazanıb. Hamamlara bəzək vurulması zamanı müxtəlif növ kaşılardan, rəngarəng şüşə və mərmərdən geniş istifadə olunurdu. Burada istifadə edilən su adətən adi quyulardan götürülürdü və çox duzlu olurdu.

Deyilənə görə, Şuşada ilk hamamı İbrahimxəlil xanın əmisi oğlu Əbdüsəməd bəy tikdirmişdi. Sonralar Şuşa hamamlarının sırasına Aşağı bazar deyilən yerdə inşa edilmiş Uğurlu bəy hamamı, Mirzəli hamamı və başqaları da əlavə olunmuşdu. Ümumiyyətlə, XVIII - XIX əsrlərdə Şuşada 20-yə qədər hamam tikilib istifadəyə verilmişdi.

Əsl mənada gözəl istirahət guşələri olan Şuşa hamamları Azərbaycanda bu sahədə olan memarlıq ənənələri əsasında tikilmişdi. Onların əksəriyyəti 5 hissədən – “tulanbar” adlandırılan qızdırılan yerdən, yuyunma və kisələnmə otaqlarından, ilıq su hovuzundan və daş arakəsmələrlə ayrılan soyunub-geyinmə otaqlarından ibarət olurdu.

Şuşa şəhəri ermənilər tərəfindən işğal edilənədək, hamamların əksəriyyəti öz təyinatı üzrə fəaliyyət göstərib. İşğal dövründə isə digər abidələrimiz kimi Şuşa hamamları da dağıntılara məruz qalıb. Hazırda işğaldan azad edilmiş Şuşada geniş bərpa - quruculuq işləri aparılır. (AZƏRTAC)

Oxşar xəbərlər