15.06.2025, 13:26
AZ EN
02.05.2024, 16:30 280

Reza Deqati: “Mənim üçün mədəniyyətin əsl nümunəsi Laçındır”

XƏBƏRLƏR
  • Mədəniyyətlərarası Dialoq Forumu panasessiyalarla davam edir. Günün əsas panasessiyalarından biri də münaqişədən sonrakı dövrdə mədəniyyətlərin dirçəldilməsi və davamlı sülhün təmin  etdirilməsidir. Əlbəttə ki, bu mövzu ətrafında fikir mübadiləsi aparılacaq. Eyni zamanda panassesiya çərçivəsində eyni anda daha bir panasessiya - “Yeni Qlobal Çağırışlar” mövzusuna həsr olunan növbəti panasessiya davam edir.

Fotojurnalist Reza Deqati mövzu ilə bağlı AzTV-yə açıqlamasında bildirib ki, 40 ildən çoxdur ki, mən bütün müharibələri çəkmişəm. Düşünmüşəm ki, necə etmək olar ki, müharibədən sonra bir millət öz ruhunu tapsın. Buna da ancaq mədəniyyət yolu ilə nail olmaq olar: “Biri var ki, abidədi, yoldu dağıdılıb, bunu bərpa etmək lazımdır. Amma mədəniyyəti bərpa etmək və insanları bir-birinə yaxınlaşdırmaq, onlara dəstək vermək lazımdır ki, hər kəs öz mədəniyyətini tanısın. Bu, ən mühüm məsələlərdəndir. Mən burda, Laçında çox önəmli nümunə gördüm. Laçında keçmiş məcburi köçkünlər yenidən öz evlərinə qayıdıblar. 30 il bundan əvvəl çıxdıqları evlər yenidən müasir üslubda  tikilib, bərpa olunub. Bu şəhərə gəldiyi gündən burda onlar üçün hər çür şərait yaradılıb. Məsələn, ötən il burda Laçın şəhər günü keçirildi. Böyüklər üçün konset proqramı oldu, uşaqlar üçün teatr göstərildi. Azərbaycan mədəniyyətinin əks etdirən sərgilər təşkil olundu. Bu, ən önəmli bir mövzudur. Çünki o insanlar ki, qayıdırlar, öz mədəniyyətlərini tapırlar, bərpa etməyə çalışırlar.  Ona görə də başqa yerlərdə də, Zəngilanda, Füzulidə, Ağdamda, Şuşada demək olar ki, bərpa olunmağa başlanılıb. Amma mənim üçün mədəniyyətin əsl nümunəsi Laçındır”.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər