29.03.2024, 18:49
AZ EN
24.07.2022, 07:00 366

“Qürub vaxtı”nda şəhidlə bağlı hansı yazılar yer alıb?

XƏBƏRLƏR

Oxucuların Teymur Turan kimi tanıdığı, “Turan”çı şəhid Teymur Yavuz oğlu Rəsulovun kitabı işıq üzü görüb. Teymur Rəsulov 1988-ci il may ayının 23-də Bakı şəhərində dünyaya göz açıb. 2005-ci ildə orta məktəbi bitirərək Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Energetika” fakültəsinə qəbul olur. Ali təhsil aldıqdan sonra Vətənə borcunu ödəmək üçün hərbi xidmətə yollanır. O, 2009-2010-cu illərdə Milli Qəhrəman Mübariz İbrahimovla birgə, eyni hərbi hissədə qulluq edir. Xidməti dövründə hərb sahəsinə marağı yaranır və hərbçi kimi qalıb qulluq etmək istəsə də, anasının təkidi ilə bu fikrindən daşınır. 2016-cı ilin aprel, 2020-ci ilin iyul döyüşləri zamanı könüllü olaraq müharibəyə qatılmaq istəsə də, bu arzusuna çata bilmir. Şəhidin dostu Sahib Altay deyir ki, nəhayət 2020-ci ilin sentyabr ayında müraciəti qəbul olunaraq İkinci Qarabağ Müharibəsinə könüllü yollanıb: “O Cəbrayıl, Hadrut istiqamətində gedən döyüşlərdə iştirak edərək şəhidlik zirvəsinə ucalıb. “Qürub vaxtı” şəhidimizin ilk kitabıdir. Kitab 2 hissədən ibarətdir. Birinci hissədə müəllifin şeirləri, esseləri, hekayələri yer alır. İkinci hissədə isə Teymurla bağlı xatirələr yer alır”. Qeyd edək ki, Teymur Rəsulov oktyabrın 18-i, Şuşanın 10 kilometrliyində olarkən düşmənin minaatandan açdığı atəş nəticəsində döyüş yoldaşı Ülvi Hacıyevlə birgə şəhid olub. O, Prezidentin sərəncamı ilə “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib. (APA)

Oxşar xəbərlər