16.06.2025, 23:38
AZ EN
01.12.2023, 13:05 415

Laçın yenə bizimdi

XƏBƏRLƏR
  • Bu gün Laçının işğaldan azad edilməsinin üçüncü ildömümü tamam olur. Bu münasibətlə “Vətən səsi”nin əməkdaşı Mina Rəşidin Laçına həsr olunmuş şeirini təqdim edirik.

LAÇIN

Laçın mənim dünyamdı,
Laçın iki gözümdü.
Qoy var olsun Ordumuz
Laçın yenə bizimdi.

Suyu, havası təmiz,
Burda yaxındı göylər…
Dağlar qoynunda şəhər
Sənə min nağıl söylər.

Sanki Həkəri çayı,
Sevincdən gəlib cuşa.
Burda dağ-daş möcüzə,
Bulaqlar qoşa-qoşa.

Bax, yenə də nur saçır,
Abadlaşır diyarım.
Laçın qayalarında
Dalğalanır bayrağım!

Oxşar xəbərlər

SON XƏBƏRLƏR