Bu fikirləri açıqlamasında Fransanın moda sahəsində öz məktəbini yaradan Tilman Qrav deyib.
“Azərbaycanın füsunkar təbiətindən, mədəniyyətindən ilhamlanaraq, "Şuşa" kompozisiyasını təqdim etmişəm. Şuşa ilə bağlı xoş xatirələrim var. Qarabağ işğal altında olanda Şuşa ənənələrinin yaşaması üçün xalça ilmələrini, naxışlarını müasir dövrlə uyğunlaşdıraraq, göy, yaşıl və bənövşəyi rənglərdən istifadə edərək baş geyimlərindən ibarət “Şuşa” kolleksiyamı nümayiş etdirdim. Bu gün azad Şuşaya gedərək, orada yeni kolleksiya yaratmaq istərdim”, - deyə T. Qrav ölkəmizlə bağlı xatirələrini bölüşüb.
O, Qarabağ xalçaçılıq məktəbini çox sevdiyini deyib və “Şuşa” kompozisiyasını yeni tərtibatda Şuşada yenidən təqdim etmək istədiyini bildirib. (AZƏRTAC)