09.10.2025, 22:41
AZ EN
14.11.2023, 09:00 415

“Heydər Əliyev Azərbaycandır!” ikihissəli sənədli filminin təqdimatı keçirilib

XƏBƏRLƏR
  • Mədəniyyət Nazirliyinin təşkilatçılığı və “Caspian Event Organisers” şirkətinin dəstəyi ilə Bakı Ekspo Mərkəzində keçirilən 9-cu Bakı Beynəlxalq Kitab Sərgisində AZƏRTAC-ın hazırladığı “Heydər Əliyev Azərbaycandır!” ikihissəli sənədli filminin təqdimatı keçirilib.

Ekran əsərində dahi şəxsiyyətin ictimai-siyasi fəaliyyətinin nəticəsi olaraq Azərbaycanın inkişafında mühüm rol oynamış 100 tarixi fakt təqdim edilir.

Qeyd edək ki, sərgidə Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) ayrıca stendlə təmsil olunur.

Stenddə ziyarətçilərə, eyni zamanda, AZƏRTAC-ın fəaliyyəti, o cümlədən, veb-saytının yeni dizaynı, yeni loqosu və Uşaq Bilik Portalı (portal.azertag.az) haqqında da geniş məlumat verilir.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər