Süleyman Rəhimov 1930-cu ildən ədəbi fəaliyyətə başlayıb. Yazıçının ilk əsəri böyük həcmli "Şamo" romanıdır. Bundan başqa o, "Saçlı" (1944), "Ata və oğul" (1949), "Mehman" (1953) və başqa əsərlərin də müəllifidir.
Süleyman Rəhimov 1934-1937-cı illərdə Azərbaycanın Laçın, Samux, Şahbuz və Noraşen rayonlarında rəhbər vəzifələrdə çalışıb. O, müxtəlif vaxtlarda Azərbaycan Yazıçılar Birliyinin sədri olub.
1940-1941-ci illərdə Azərbaycan KP Bakı şəhər komitəsində təbliğat üzrə katib, 1941-1944-ci illərdə Azərbaycan KP MK-da təbliğat və təşviqat şöbəsinin müdir müavini, 1945-1958-ci illərdə Azərbaycan Nazirlər Soveti yanında Mədəni-Maarif İşləri Komitəsinin sədri vəzifələrində işləyib.
1942-ci ildə "Şərəf nişanı", 1946, 1970, 1975-ci illərdə üç dəfə Lenin ordeni ilə təltif olunub, 1960-cı ildə xalq yazıçısı, 1975-ci ildə Sosialist Əməyi Qəhrəmanı adlarını alıb.
Görkəmli yazıçı, Xalq yazıçısı Süleyman Rəhimov 1983-cü il oktyabrın 11-də vəfat edib, Fəxri xiyabanda dəfn olunub. Allah rəhmət eləsin.
Mina RƏŞİD